Bakıda narkotik satan İran vətəndaşı saxlanılıb - FOTO - VİDEO

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində paytaxt ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitələrin satışını və paylanmasını təşkil edən daha bir nəfər saxlanılıb.
DİN-dən Avtosfer.az-a verilən xəbərə görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı İran vətəndaşı Hossein Bolhassani tutularaq istintaqa təqdim edilib. Onun üzərinə və Suraxanı rayonu Hövsan qəsəbəsində yaşadığı evə baxış zamanı 3 kiloqram heroin və 5 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.
Hossein Bolhassani müxtəlif qanunsuz yollarla ölkə ərazisinə gətirilən narkotik vasitələrin Bakı şəhərində satışını və paylanmasını təşkil edən əsas şəxslərdən biri olub. Onun narkotik vasitələrin satışını həyata keçirmək üçün paytaxt ərazisində yaratdığı şəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İlham Əliyev müraciət ünvanladı
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI












