Bakıda narkotik satan şəxsdən 6 kq narkotik götürülüb - VİDEO

Bakının Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 1 nəfər saxlanılıb.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, polisə Natiq adlı şəxsin rayon ərazisində narkotiklərin satışını həyata keçirdiyi barədə məlumat daxil olub.
Həmin şəxs – Natiq Kazımov tutularaq Polis İdarəsinə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 90 qram metamfetamin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Natiq Kazımovun idarə etdiyi avtomobildən əlavə 2 kiloqramdan artıq heroin, 4 kiloqram 190 qram marixuana və narkotiklərin satışında istifadə etdiyi qeyd dəftərçəsi aşkar edilib. Saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu naməlum İran vətəndaşından Bakı şəhərində satmaq məqsədi ilə aldığını bildirib.
Aşkar edilən faktla bağlı İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO
Xırdalanda açılacaq tunel bu vaxtdan istifadəyə veriləcək – Rəsmi AÇIQLAMA
Prezident onu nazir müavini vəzifəsindən AZAD ETDİ
Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan “polkovnik”in taleyi necə oldu? - FOTOLAR
Bakının mərkəzi küçəsində sürücüləri çaşdıran yol nişanı ilə bağlı TƏDBİR GÖRÜLDÜ - FOTO
Hikmət Hacıyevin də adından yayılan video saxtadır - RƏSMİ
Məcəlləyə dəyişiklik edildi - Bu qayda pozuntusuna görə 500 manat cərimə
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB











