Bakıda ötür-ötür oyunu davam edir: “İçərisində yaşadığımız halda evimizi uçururlar” - FOTO

Bakı şəhəri Sabunçu rayonunda evlərin söküntüsü, içərisində yaşayış olmasına rəğmən, davam edir.
Bu məsələ ilə bağlı Oxu.Az-a vətəndaşlar şikayət ediblər.
Sakinlərin sözlərinə görə, içərisində yaşadıqları halda evlərini uçururlar:
“Rayonun Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, ev 39, 41 və 43 ünvanlarında yerləşən binaları bizə xəbərdarlıq etmədən uçururlar. Heç bir sənəd təqdim etmədən söküntüyə başlayıblar. İçərisində sakin yaşadığı halda ev necə sökülə bilər? Şikayətlərimizə baxan yoxdur. Hər kəs susur”.
Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı rayonun icra hakimiyyəti ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, sakinlərin əksəriyyəti köçürülüb:
“Rayonun Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, ev 39, 41 və 43 ünvanları kəskin qəzalı binalardır. 2015-ci ildə FHN tərəfindən yararsız olduğuna dair akt verilib. Dövlət tərəfindən kompensasiya ayrılıb. Kompensaiya əsasında vətəndaşlar köçürülürlər.
Hazırda beş-altı sakin qalıb. Onlar da şirkəti gözləyirlər. Yəqin ki, ayın axırına qədər tikinti şirkəti gələcək. Onlarla müqavilə bağlayıb, köçürəcəklər. Kompensasiyanın nə qədər olacağını deyə bilmərik. Bizim səlahiyyətimizdə deyil”.
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO
Xırdalanda açılacaq tunel bu vaxtdan istifadəyə veriləcək – Rəsmi AÇIQLAMA
Prezident onu nazir müavini vəzifəsindən AZAD ETDİ











