Bakıda pirotexniki vasitələrin sosial şəbəkələrdə onlayn satışı ilə məşğul olan şəxs saxlanılıb - FOTO - VİDEO

Polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin paytaxt ərazisində satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində pirotexniki vasitələrin sosial şəbəkələrdə onlayn satışı ilə məşğul olan 1999-cu il təvəllüdlü İsmayıl İsmayıllı saxlanılıb. Onun maşınına baxış zamanı ümumi dəyəri 30 min manata yaxın yüksək səs effektləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitə aşkar edilib. İ.İsmayıllının pirotexniki vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir. Həmin şəxs barəsində toplanmış material müvafiq tədbir görülməsi üçün məhkəməyə göndərilib.
Qeyd edək ki, son bir neçə gün ərzində Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən
keçirilən tədbirlər nəticəsində pirotexniki vasitələrin satışı ilə məşğul olan ümumilikdə 4 nəfər müəyyən edilib və barələrində qanunauyğun tədbirlər görülüb.
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!












