Banner

Bakıda qanunsuz tikilən bina sökülür - VİDEO

Xəbərlər 7 Sentyabr 2022 21:14 Oxunub 1316
Bakıda qanunsuz tikilən bina sökülür  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hələ də tikinti qaydalarını pozanlar var. Paytaxtın Nəsimi rayonunda inşa edilən qanunsuz tikilinin sökülməsi üçün aiddiyyəti qurumlar hərəkətə keçdi. Qanunsuz tikilən binada söküntü işlərinə başlanılıb.

Fərdi ev deyib bina tikdilər. Lakin gördüyü işlər yarımçıq qaldı. Qanunsuz tikilən binada söküntü işləri başlanıb.

Fövqaladə Hallar Nazirliyi, Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri sözügedən ünvanda olublar. Bu zaman məlum olub ki, şəhərsalma və tikinti məcəlləsinin tələbləri kobud şəkildə pozulub.

Qeyd edək ki şəhərsalma və tikinti məcəlləsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində inşa edillən fərdi yaşayış evinin mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 m-dən və aşırımlarının uzunluğu 6 metrdən çox olmamalıdır.

 

Bakıda qanunsuz tikilən bina SÖKÜLÜR

Posted by Xəzər Xəbər on Wednesday, September 7, 2022

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh