Banner

Bakıda qaraj tikmək istəyən vətəndaş ağacları kəsdi - RƏSMİ

Xəbərlər 17 Avqust 2021 10:51 Oxunub 758
Bakıda qaraj tikmək istəyən vətəndaş ağacları kəsdi - RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Binəqədi rayonu Mir Cəlal küçəsi 145 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Bu barədə xidmət rəsmisi Vaqif Cavadov bildirib.

Onun sözlərinə görə, araşdırma zamanı sözügedən ünvanda qaraj tikintisi məqsədilə 16 ağacın vətəndaş Rahib Əliyev tərəfindən kəsildiyi və təbiətə 9300 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub: 

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh