Bakıda qorxulu vəziyyət: Yol hər an tamamilə çökə bilər - VİDEO

Metronun "Həzi Aslanov" stansiyasının qarşısındakı yolda asfalt örtüyü çöküb.
Avtosfer.az xəbər verir ki, yolun üzərində yaranan dərin çatlar nəqliyyatın hərəkətində ciddi maneələrə və sıxlığa səbəb olub.
Ərazidə yaşayan sakinlər bildirirlər ki, bu, ilk hadisə deyil. Onların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciətlər edilib. Lakin qısa zamanda görülən müvəqqəti təmir işlərindən sonra yol yenidən çöküb. Bu vəziyyət həm vətəndaşların narahatlığına, həm də təhlükəsizlik riskinə səbəb olur.
Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, sözügedən ərazidə aidiyyəti qurum tərəfindən kommunikasiya xətlərinin çəkilişi icra edilir və hələ işlər tam yekunlaşmayıb.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










