Bakıda silahla gəzən keçmiş məhkum saxlanılıb - VİDEO - FOTO
Xəbərlər
11 Fevral 2021 15:26

Nəsimi Rayon İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, şöbəyə əvvəllər dəfələrlə məhkum olunmuş Əli Ağayevin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs qısa zamanda tutularaq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd sandıqça və 2 ədəd patron aşkar olunaraq götürülüb. Əli Ağayev silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapdığını buna baxmayaraq polis əməkdaşalarına təhvil vermədiyini bildirib.
Faktlarla bağlı 22-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilib.


Oxunub : 1100
DİGƏR XƏBƏRLƏR
4 Mart 2026 15:56
Prezidentdən hava daşımaları ilə bağlı FƏRMAN
3 Mart 2026 15:36
Prezidentdən yeni təyinatlar - SƏRƏNCAM
2 Mart 2026 17:36
Metronun xətlərinin ayrılması layihəsində son vəziyyət AÇIQLANDI
2 Mart 2026 14:00
Prezident təsdiqlədi: bu, daha 1 il təxirə salındı
2 Mart 2026 13:30
Prezidentdən 1,6 milyon manatlıq SƏRƏNCAM
28 Fevral 2026 09:28
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
25 Fevral 2026 16:00
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
25 Fevral 2026 14:36
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
24 Fevral 2026 16:41
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
24 Fevral 2026 15:18
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
24 Fevral 2026 14:18
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
24 Fevral 2026 13:53
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
ŞƏRH YAZ









