Banner

Bakıda silahlı və narkotacir saxlanıldı - FOTO - VİDEO

Xəbərlər 1 Mart 2024 13:29
Bakıda silahlı və narkotacir saxlanıldı  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Fərid Əliyev saxlanılıb. Onun üzərindən 3 kiloqram marixuana aşkar edilib.

Şöbə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirən Eyvaz Ələsgərov da saxlanılıb. Həmin şəxsdən “Makarov” markalı tapança, 7 ədəd patron və daraq aşkar edilib.

Həmçinin, Şöbə əməkdaşlarının vətəndaşlar arasında apardıqları profilaktik söhbətlərlə ümumilikdə 11 ədəd ov tüfəngi də könüllü olaraq polis əməkdaşlarına təhvil verilib. Əlavə tədbirlər zamanı istintaq orqanları tərəfindən axtarışda olan 11, mülki axtarışda olan 32 şəxs müəyyən edilib və barələrində qanunauyğun tədbirlər görülüb.

Bakıda silahlı və narkotacir saxlanıldı - VİDEO

Oxunub 564
ŞƏRH YAZ
Ad

E-mail

Şərh