Bakıda su hovuzu təhlükə mənbəyinə çevrilib - VİDEO

Paytaxtın Xətai rayonu, Cavanşir küçəsi 100 ünvanında yerləşən qapalı hovuzun ağzı açıq qalıb. Bu isə təhlükəli vəziyyət yaradıb.
Dərinliyi bir neçə metr olan su hovuzunun içərisi çirkabla doludur.
Hovuz 116 nömrəli tam orta məktəbin yaxınlığında yerləşir. Məktəbdən çıxan şagirdlər isə təhlükə saçan hovuzun yaxınlığında oynayırlar. Üç gün əvvəl şagirdlərdən biri hovuza düşməkdən son anda xilas olub.
Valideynlər deyirlər ki, hovuzun açıq qalan hissəsi qapanmasa bənzər hadisə yenidən yaşana bilər.
Araşdırma zamanı məlum oldu ki, təhlükə mənbəyi olan su hovuzu Xətai rayon,133 saylı xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Çəkilişdən sonra birliyin əməkdaşları əraziyə gələrək problemi müvvəqqəti olaraq həll ediblər.
Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətindən bildirildi ki, sabahdan valideyinləri narahat edən bu problem tamamilə aradan qaldırılacaq.
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO











