Bakıda təhlükəli yol: Hamı birtərəfli gedir - VİDEO

Xəbərlər 25 İyun 2024 11:12 Oxunub 204
Bakıda təhlükəli yol: Hamı birtərəfli gedir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Yasamal rayonu, Alatava 2 qəsəbəsinin sakinləri hər gün Məhəmməd Xiyabani küçəsində dairəvi köməkçi yolda təhlükə ilə üzləşirlər.

Avtosfer.az xəbər verir ki, sakinlərin sözlərinə görə, ikitərəfli yolda ayırıcı xətlərin olmaması qəza təhlükəsi yaradır. Həmçinin yol çox ensiz olduğundan hamı birtərəfli hərəkət edir.

Bununla yanaşı, ərazidə quraşdırılan 60 sürət həddini göstərən lövhəyə də məhəl qoyan yoxdur. Burada sürücülər tez-tez sürət həddini keçirlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirib ki, yol-nişanlanma xətlərinin, boyalarının silinməsi və rənglərinin solması yoldakı hərəkət intensivliyi ilə əlaqədardır. Nişanlanma xətlərinin yenilənməsi isə plan üzrə, mərhələli şəkildə həyata keçirilir, müvafiq işlər sözügedən küçədə də aparılacaq.

Ətraflı "ATV Xəbər"in süjetində:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh