Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə İşçi qrupunun iclası keçirildi - FOTO

Martın 3-də Bakıda “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) Hüquqi Şəxslər Birliyinin İşçi qrupunun iclası keçirilib.
İclasda assosiasiyaya üzv dövlətlərin dəmiryol administrasiyalarının əməkdaşları və nəqliyyat şirkətlərinin yüksək səviyyəli rəsmiləri daxil olmaqla 10 ölkədən nümayəndə heyəti iştirak edib.
Avtosfer.az xəbər verir ki, Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu son illərdə qlobal əhəmiyyətli yükdaşıma istiqamətlərindən birinə çevrilib. Bu marşrutla yük nəqlinin ildən-ilə artdığı, sürətli yük axınının təmin edilməsi üçün əməliyyatların səmərəliliyinin, rəqəmsal həllərin tətbiqinin və əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.
İclasda TBNM BA Hüquqi Şəxslər Birliyinin İcra orqanının 2024-cü ildə fəaliyyətin yekunu üzrə hesabatı və Trans-Xəzər marşrutu ilə daşımaların təhlili dinlənilib. Həmçinin iştirakçılar 2025-ci ildə TBNM üzrə təsdiqlənmiş tarif dərəcələrinə düzəlişlər, rəqəmsallaşma haqqında saziş layihəsi, eləcə də Xəzər dənizi limanları arasında fider bağlantısının təşkili və fider gəmilərin yüklənməsinin təmin edilməsi haqqında saziş layihələrini müzakirə ediblər.
Tərəflər 2025-ci ildə TBNM üzrə yük daşımaları planını və icrası ilə bağlı tədbirləri razılaşdırıb, Bakı–Tbilisi–Qars dəmir yolu ilə Avropaya konteyner daşımalarına üstünlük verilməsinin vacibliyini qeyd ediblər.
Sonda İşçi qrupunun protokolu imzalanıb.
Qeyd edək ki, 4 mart tarixində Bakıda “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin növbəti tədbiri – Ümumi Yığıncağının iclası keçiriləcək.




Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











