Bakıda xəttə yeni avtobuslar buraxılır - RƏSMİ
Xəbərlər
20 Oktyabr 2020 17:50
Oxunub 1110
“Pik saatlarda sərnişin tələbatının qarşılanması üçün şəhərin müxtəlif ərazilərində ehtiyat avtobuslar xəttə çıxarılıb. Zərurət yarandıqca, avtobuslar daşımalara cəlb olunacaq”.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.
O qeyd edib ki, avtobuslarla daşımaların əhəmiyyətini nəzərə alaraq, Mərkəzləşdirilmiş Vahid Dispetçer Mərkəzi ərazidə çalışan mobil qruplarla birgə çalışır:
“Lakin bir daha qeyd edirik ki, avtobusların vaxtında təyinat yerinə çatması üçün onların maneəsiz hərəkəti olduqca zəruridir.
Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşmalarını xahiş edirik”.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR