Banner

Bakıda yaşayış binasında yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

Xəbərlər 21 İyun 2021 22:22 Oxunub 3700
Bakıda yaşayış binasında yanğın söndürülüb - VİDEO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi ünvanında çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq saat 21:36-da söndürülüb.

Qeyd edəkki, dayanacaqdakı maşınlar FHN-nin yanğınsöndürən nəqliyyat vasitələrinin əraziyə daxil olmasına maneəçilik törədib.


21:43
Bakıda hündürmərtəbəli yaşayış binasında partlayış olub.

Avtosfer.az  xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 41 ünvanında baş verib. Həmin ünvanda yerləşən 12 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində mənzillərdən birinin mətbəxində qaz balonu parlayıb. Partlayış yanğına çevrilib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib. Hazırda yanğının söndürülməsi ilə bağlı tədbirlər görülür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh