Bakıda yeni metrostansiya nə vaxt açılacaq? - VİDEO

Xəbərlər 12 Fevral 2026 10:48
Bakıda yeni metrostansiya nə vaxt açılacaq? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tbilisi prospekti, Tibb Universiteti, Rusiya səfirliyi və Semaşko xəstəxanası kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzin yaxınlığında yeni metrostansiya tikilib. Artıq stansiyada son tamamlanma işləri aparılır.

Avtosfer.az-ın məlumatına görə, sakinlər bildirdilər ki, illərdir təmiri gedən stansiyanın təhvil verilməsi onların hərəkətini xeyli rahatlaşdıracaq.

"Bakı Metropoliteni" QSC-dən bildirildi ki, b4 stansiyasının tikinti quraşdırma işləri hazırda iş qrafikinə uyğun sürətli şəkildə davam etdilir. 8 noyabr- b4 stansiyaları arasında ümumi uzunluğu 1690 metr olan mənzil tunelləri tam olaraq inşa edilib.

"Bakı Metropoliteni"ninin rəsmisi bildirdi ki, stansiyanın ilin sonuna qədər hazır olması və təhvil verilməsi nəzərdə tutulur.

 

Oxunub : 390
ŞƏRH YAZ
Ad

E-mail

Şərh