Bakıda yeni yerüstü piyada keçidi tikilir - VİDEO
Xəbərlər
18 Sentyabr 2021 00:11
Oxunub 1470

Paytaxtın Xəzər rayonu, Qala-Pirallahı yolunun üzərində yeni yerüstü piyada keçidi inşa edilir. Ən çox yol- nəqliyyat hadisələrinin baş verdiyi bu yolda piyadaların işi asanlaşacaq.Onlar yolu təhlükəsiz şəkildə, keçiddən istifadə etməklə keçə biləcəklər.
Qala qəsəbəsinə giriş hissədə inşa edilən yerüstü piyada keçidi ən müasir formada olacaq.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, artıq inşa ediləcək yerüstü piyada keçidinin layihəsi tam hazırdır.
Yerüstü piyada keçidinin tikintisinin gələn il ərazində yekunlaşdırılması nəzərdə tutulur.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













