Bakıda yeraltı keçiddə yaşayan qadın sığınacağa getməkdən İMTİNA ETDİ - VİDEO

"Bakıda "28 May" metro stansiyasının qarşısındakı yeraltı keçiddə yaşayan kimsəsiz qadın sığınacağa getməkdən imtina edib".
Bu açıqlamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov verib.
O qeyd edib ki, sözügedən əraziyə qurumun əməkdaşları tərəfindən baxış keçirilib.
"Həmin şəxs deyilən ərazidə olmayıb. Yaxınlıqda olan vətəndaşların verdiyi məlumat əsasında onunla əlaqə saxlanılıb. Vətəndaş bildirib ki, hansısa müəssisəyə aparılmasına qəti etiraz edir.
Razılığı olarsa, sosial qiymətləndirilmə aparılaraq, müvafiq müəssisəyə qəbulu məsələsinə baxılacaq", - deyə M.Həşimov vurğulayıb.
Xatırladaq ki, Bakıda kimsəsiz qadının "28 May" metro stansiyasının qarşısında yerləşən yeraltı keçiddə yaşaması ilə bağlı ötən gün məlumat vermişdik.
***
Bakıda kimsəsiz qadın küçədə yaşayır.
Avtosfer.az xəbər verir ki, bununla bağlı oxu.az-a məlumat daxil olub.
Qeyd olunub ki, kimsəsiz qadın İstiqlaliyyət küçəsində, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) qarşısındakı yeraltı keçiddə yaşayır.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə sorğu ünvanladıq.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə Murad Həşimov açıqlamasında bildirib ki, qurumun əməkdaşları əraziyə baxış keçirəcəklər.
"Sözügedən şəxsin sosial xidmətlərə ehtiyacının qiymətləndirilməsini aparacaqlar", - deyə M.Həşimov bildirib.
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB
Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanıldı - VİDEO
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Zəif maqnit qasırğası proqnozlaşdırılır - Günəşdə aktivlik artıb
Azərbaycanda bu taksi şirkəti bağlanır
Vəfadan maşın-pul alanı Allah görbagor etsin - Kərimov - FOTO
Prezident İlham Əliyev deputatla bağlı sərəncam verdi - FOTO











