Banner

Bakıda avtomobil vuran piyadanın son durumu AÇIQLANDI - YENİLƏNİB

Xəbərlər 7 Yanvar 2025 15:53 Oxunub 202
Bakıda avtomobil vuran piyadanın son durumu AÇIQLANDI  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yanvarın 6-sı günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yolun hərəkət hissəsindən keçəndə maşın vuran piyada ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib:

"Yanvarın 6-da 1 nəfər (qadın cinsli) döş qəfəsinin küt travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib. Ona ilkin tibbi yardım göstərilib və zəruri tibbi müayinələrdən keçirilib. Vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd olunub.

***

Yanvarın 6-da günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yolun hərəkət hissəsindən keçən piyadanı maşın vurub.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, hadisəyə piyadanın yeraltı keçidlə yox, yolun hərəkət hissəsi ilə keçməsi səbəb olub.

O bildirib ki, bəzi piyadalar onların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş piyada zolaqlarından, yeraltı və yerüstü piyada keçidlərindən istifadə etmirlər:

"Nəticədə məhz piyada keçidlərinin bir neçə metrliyində piyadavurma hadisələri qeydə alınır. Növbəti belə bir qəza ötən gün günorta saatlarında Xətai rayonu, Yusif Səfərov küçəsində baş verib. Yaxınlıqda yeraltı və nizamlanan piyada keçidləri olmasına baxmayaraq, yolun hərəkət hissəsindən keçən piyadanı avtomobil vurub. Piyadaların həyatlarına biganə qalaraq keçidlərdən istifadə etməməsi bəzən ölüm, yaxşı halda isə xəsarətlə nəticələnir.

Onu da qeyd edək ki, ötən gün baş verən hadisə səbəbindən Heydər Əliyev prospekti istiqamətində bir neçə dəqiqə sıxlıq yaranmışdı. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq, bir daha piyadalara səslənirik ki, mütləq piyada keçidlərindən istifadə etsinlər. Hətta bu keçidlərdən keçərkən də yoldakı sürət həddini, hərəkətin intensivliyini nəzərə alıb, sürücülərin onlara yol verdiklərinə əmin olduqdan sonra hərəkətə başlasınlar".

(oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh