Banner

Bakıda yollara sədd çəkənlərə XƏBƏRDARLIQ - VİDEO

Xəbərlər 11 Yanvar 2022 23:38 Oxunub 2816
Bakıda yollara sədd çəkənlərə XƏBƏRDARLIQ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı şəhərində avtomobil yolları zəbt olunur. Kimisi bunu zəncirlə, kimisi isə rezin dirəklərlə edib. Bəzi hallarda isə ümumi istifadə üçün olan ərazilərə şlaqbaum quraşdıranlar da olur.

Xüsusilə iri ticarət obyektlərinin qarşısı sahibləri tərəfindən bu cür zəbt edilir.

Nəticədə yol daralır, tıxac yaranır. Bu isə yol hərəkəti iştirakçılarını sözün əsl mənasında əziyyətə salır.

Mövzuya münasibət bildirən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Araz Əsgərli bildirib ki, küçələrdə piyadaların və sürücülərin hərəkətini məhdudlaşdırmağa yönələn şlaqbaumların qurulması, süni maneələrin yaradılması və ya sədlərin qurulması yolverilməzdir. Onun sözlərinə görə, polis bu cür hərəkətlərə qarşı mübarizə tədbirlərini gücləndirib.

Araz Əsgərli bu kimi hallarla rastlaşan vətəndaşlara polisə məlumat vermələrini tövsiyə edib.

"Polis dərhal həmin maneənin aradan qaldırılması üçün tədbir görəcək",- deyə o bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh