Bakıdan İstanbula uçan təyyarə texniki səbəblərə görə geri qayıtdı

Xəbərlər 10 İyul 2024 16:14 Oxunub 396
Bakıdan İstanbula uçan təyyarə texniki səbəblərə görə geri qayıtdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-075 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsinin kapitanı texniki səbəblərə görə (kondisioner sistemində yaranmış problem) uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Avtosfer.az xəbər verir ki, təyyarə 16:04-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib. 

Sözügedən reysin sərnişinləri başqa təyyarə ilə İstanbula yola düşəcəklər.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

AZAL yaranmış narahatlığa görə reysin sərnişinlərindən üzr istəyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh