"Bakıkart" tətbiqi işləmir, amma balansdan pul çıxır - ŞİKAYƏT

"BakıKart" tətbiqi bir aydan çoxdur ki, çöküb. "BirBank" tətbiqindən QR-kod vasitəsilə ödəmə zamanı da nə qədər cəhd etdirsən, aktivləşmir, 2-3 saatdan sonra isə görürsən ki, bütün cəhdlərinin pulu kartdan çıxıb, baxmayaraq ki, istifadə edə bilməmisən".
Avtosfer.az xəbər verir ki, belə bir problem sosial şəbəkədə müzakirə mövzusu olub.
Məsələ ilə bağlı "Kapital Bank" ASC-yə sorğu ünvanladıq.
Bankın İctimaiyyətlə əlaqələr üzrə proses sahibi Arzu Əliyeva bildirib ki, "BakıKart"ın mobil tətbiqində yaranan narahatlığa baxmayaraq, "Birbank" mobil tətbiqində QR-bilet yaratmaq mümkündür.

"Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilirlər. Bunun üçün "Birbank" mobil tətbiqində QR-bilet yaratmaq kifəyətdir. Bilet yaradıldığı andan etibarən 30 dəqiqə ərzində istifadə edilə bilər. İstifadə edilməyən biletlərə görə ödənilən məbləğ 3-30 gün ərzində müştərinin hesabına geri qayıdır.
QR-bilet yaratmaq imkanı "BakıKart" tərəfindən təqdim edilən API vasitəsi ilə həyata keçirilir. Sistemdə yaranan problemlə əlaqədar olaraq 31 avqust tarixində müştərinin balansından silinmə baş versə də, biletdən istifadə etmək mümkün olmayıb.
Qısa zamanda "BakıKart" tərəfindən sistemdə yaranan texniki xəta həll edilib və hazırda ödəniş, eləcə də biletdən istifadə uğurla həyata keçirilir. İstifadə edilməyən biletə görə ödənilən məbləğ 3-30 gün ərzində müştərinin hesabına geri qaytarılacaq", - deyə açıqlamada vurğulanır.
(oxu.az)
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB
Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanıldı - VİDEO
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Zəif maqnit qasırğası proqnozlaşdırılır - Günəşdə aktivlik artıb
Azərbaycanda bu taksi şirkəti bağlanır
Vəfadan maşın-pul alanı Allah görbagor etsin - Kərimov - FOTO
Prezident İlham Əliyev deputatla bağlı sərəncam verdi - FOTO











