Banner

Bakının hansı küçələrində sıxlıq var? - SİYAHI

Xəbərlər 6 İyun 2024 09:08 Oxunub 696
Bakının hansı küçələrində sıxlıq var? - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;

2. Heydər Əliyev prospekti, kənar və əsas yol, mərkəz istiqamətində;

3. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;

4. Binəqədi şosesi, metronun "Azadlıq prospekti" stansiyası istiqamətində;

5. "20 Yanvar" dairəsində;

6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

8. Sabunçu-Zabrat şosesi, metronun "Koroğlu" stansiyası istiqamətində;

9. Qara Qarayev prospekti, metronun "Qara Qarayev" stansiyasından "Koroğlu" stansiyası istiqamətində;

10. Babək prospekti, mərkəz istiqamətində;

11. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından metronun "Koroğlu" stansiyası istiqamətində (dairəyə qədər);

12. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;

13. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh