Bakının mərkəzində parkın girişi çökdü - VİDEO

Paytaxtın Səbail rayonunda, Səbail parkının girişində asfalt örtüyündə çökmə baş verib.
Bu vəziyyət hər keçən gün daha da təhlükəli hal alır. Ərazidə həm nəqliyyat vasitələrinin, həm də piyadaların hərəkəti çətinləşib.
Baku TV-yə daxil olan vətəndaş müraciəti əsasında çəkiliş aparılıb və mövcud problemə aydınlıq gətirilməyə çalışılıb.
"İki dəfə qadın yıxılıb, ayağı sınıb. Təxminən bir metr dərinlik var, çöküntü getdikcə artır. Gəlib təmir etməlidirlər, amma heç kim maraqlanmır", - deyə sakin narazılığını dilə gətirib.
Problemlə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ nəzarətə götürülüb.
Aidiyyəti qurumlara şifahi məlumat verilib və rəsmi müraciətlərin də göndərilməsi nəzərdə tutulur.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə qeyd edilib ki, kanalizasiya kollektorunun yanında çökmüş asfalt örtüyünün 50 kvadratmetrlik sahəsində problem artıq aradan qaldırılıb. Aidiyyəti qurum həmin ərazidə görülən işlərlə bağlı görüntüləri də təqdim edib.
Qurumdan o da bildirilib ki, çökmüş yolun alt hissəsi yoxlanılıb, hər hansı bir təhlükə gözlənilmir.
Ətraflı süjetdə:
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!











