Bakının ortasında karton yol: DƏHŞƏTƏ GƏLƏCƏKSİZ - FOTO
Xəbərlər
12 Oktyabr 2022 00:15
Oxunub 8094

Gördüyünüz bu mənzərə ucqar dağ kəndlərindən birində yox, Bakıda lentə alınıb. Zəfər prospektində kartondan, qırıq qapılardan, taxta parçalarından düzəldilmiş yol var. Bu, 2 mindən çox şagirdin təhsil aldığı 59 saylı məktəbə və prospektə aparan yoldur.
Mirzə Davud küçəsindən prospektə çıxmaq üçün bu yol lap cığır kimidir. Hər gün təxminən 4-5 min insan bu bərbad yoldan istifadə edir. Pilləkənlər də yararsız formadadır.
Bu gün məktəbə uşaq aparan Qənirə Baxışova adlı valideyn pilləkənlərin dəmir kənarlarına ilişib yıxılıb, dizi ciddi zədələnib.
Dəfələrlə şikayət edilsə də nə Xətai rayon İcra Hakimiyyəti, nə yerli bələdiyyə bu problemi həll etməyib. Bərbad yolların fotolarını təqdim edirik:







lent.az
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













