Bakının vizit kartlarından biri tarixə qovuşur - VİDEO - FOTO

Xəbərlər 17 Mart 2021 15:33 Oxunub 1546
Bakının vizit kartlarından biri tarixə qovuşur  - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Ötən əsrin 20-ci-30-cu illərinə məxsus memarlıq Bakının vizit kartıdır. Bu hamam çox məşhur hamamdır. Kostruktivizm dövrünə aid olan memarlıqdır. Belə abidələri heç vaxt sökməməliyik. ”.

Bunu Report-a Bakıda “Drujba” kinoteatrının yaxınlığında baxımsız vəziyyətdə olan hamamla bağlı dönəmi şərh edən memar Elçin Əliyev deyib.

Qeyd edək ki, 21 nömrəli hamam 20-ci əsrin 20-30-cu illərində sadə insanların istifadəsi üçün inşa edilib. Su qıtlığından əziyyət çəkən Bakı sakinləri, həm də yaxınlıqda yerləşən hərbi hissədən əsgərlər də bura gələrmişlər. Hamamın daha çox məşhurlaşdığı dövr ötən əsrin 90-cı illəri olub. Su problemi həllini tapdıqdan, köhnə evlərin yerinə müasir binalar salındıqdan sonra hamama ehtiyac qalmayıb, bina tədricən aşılanıb.

21 nömrəli hamamla bağlı video və fotoreportajı təqdim edirik.

Foto- video: Ehtiram Cəbi

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh