Banner

Bakıxanov qəsəbəsində narkotik alverçisi saxlanılıb - FOTO - VİDEO

Xəbərlər 30 Yanvar 2023 14:49
Bakıxanov qəsəbəsində narkotik alverçisi saxlanılıb  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Bakıxanov qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Məhəmməd Salmanov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, həmin şəxsdən ümumilikdə 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Məhəmməd Salmanov heroin və metamfetamini sosial şəbəkələrin birində tanış olduğu İran vətəndaşından onlayn yolla satmaq niyyəti ilə aldığını qeyd edib.

Faktla bağlı 13-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

 

Oxunub 802
ŞƏRH YAZ
Ad

E-mail

Şərh