Bakıxanovda ölüm saçan yol - Hər an fəlakət OLA BİLƏR - VİDEO

Nizami rayonu, Məmmədəli Şərfli küçəsi 9-dan Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi istiqamətində hərəkət edən avtobuslar günlərdir ciddi problemlə üzləşiblər. Təkcə ictimai nəqliyyat deyil, bu ərazidə yaşayan sakinlər də böyük çətinlik çəkirlər.
Belə ki, bir neçə yolun kəsişməsi olan bu ərazi tamamilə su ilə dolub və nəqliyyatın hərəkətini praktiki olaraq mümkünsüz hala gətirib. Paytaxta bir neçə gün əvvəl yağan yağış suyu hələ də ərazidən çəkilməyib — bəzən bu su aylarla burada qalır və ətraf üçün ciddi təhlükəyə çevrilir.
Avtosfer.az xəbər verir ki, sakinlər "TV Müsavat"a dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, məhəl qoyulmadığını deyiblər. Onların sözlərinə görə bu vəziyyət hər an faciə ilə nəticələnə bilər. Qeyd edirlər ki, avtobusda sərnişin sayı bir qədər artıq olanda, nəqliyyat vasitəsinin aşması real təhlükəyə çevrilir. Musavat.com həmin ərazidən çəkilən videomaterialı təqdim edir.
Mövcud problemlə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.
Qurumdan bildirilib ki, qeyd olunan və digər ünvanlarda yaranan problemlə bağlı aidiyyəti dövlət qurumu - İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə məlumat verilib:
Problemin aradan qaldırılması üçün tərəfimizdən müvafiq quruma məlumat təqdim olunub. Həllinə köməklik göstərilməsini xahiş etmişik”.
Baş nazirdən yeni QƏRAR
Hərəkətdə olan qatarlara daş atılması ilə bağlı polis profilaktik tədbirlər gördü
Son 10 gündə sərnişin qatarlarına 5 dəfə daş atıldı - FOTOLAR
Prezidentdən hava daşımaları ilə bağlı FƏRMAN
Prezidentdən yeni təyinatlar - SƏRƏNCAM
Metronun xətlərinin ayrılması layihəsində son vəziyyət AÇIQLANDI
Prezident təsdiqlədi: bu, daha 1 il təxirə salındı
Prezidentdən 1,6 milyon manatlıq SƏRƏNCAM
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ










