Bakıya güclü qar yağacağı ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

Bakıda qar nadir hallarda yağan, amma hər dəfə geniş müzakirə doğuran hadisədir. Məhz bu səbəbdən sinoptik xəritələrdə paytaxta doğru hərəkət edən soyuq hava axınları bu günlərdə həm mütəxəssislərin, həm də sakinlərin diqqət mərkəzinə düşüb. Temperaturun gecə saatlarında sıfır həddinə yaxınlaşması, buludluluğun artması və rütubətin yüksəlməsi “Bakıya qar yağacaqmı?” sualını yenidən gündəmə gətirib.
Avtosfer.az xəbər verir ki, hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, mövcud meteoroloji proqnozlara əsasən, həftənin ilk günlərində paytaxtda yağıntıların sulu qar və qar şəklində düşmə ehtimalı var.
“Belə ki, Bazar ertəsi (19 yanvar) və Çərşənbə axşamı (20 Yanvar) gün ərzində havanın maksimum temperaturu 3°C, minimum temperaturu isə 0°C-yə qədər düşəcək, axşam və gecə saatlarında yağış, sulu qar və qar yağacağı ehtimal olunur (ehtimal 25%-dir)”.
Ekspert qeyd edir ki, Çərşənbə (21 yanvar) hava nisbətən açılacaq, lakin gecə saatlarında şaxtalı hava şəraiti müşahidə ediləcək.
“Həftənin sonu, yanvarın 22-dən etibarən temperaturun tədricən artaraq gündüz 7-8°C olacağı, yağıntıların isə daha çox yağış şəklində davam edəcəyi gözlənilir”.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










