Banner

Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxs Biləsuvarda ƏLƏ KEÇDİ

Xəbərlər 15 Yanvar 2024 11:29
Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxs Biləsuvarda ƏLƏ KEÇDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edilən həmin şəxsdən 7 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının Nərimankənd kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Siyəzən rayon sakini Sədrəddin Musayev saxlanılıb. Ona məxsus idman çantasından 5 kiloqram tiryək, 1 kiloqram metamfetamin və 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.

Araşdırma zamanı S.Musayevin aşkarlanan narkotik vasitələri xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi və satışının təşkil olunmasından ötrü Bakı şəhəri ərazisində sonradan deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Oxunub 740
ŞƏRH YAZ
Ad

E-mail

Şərh