Banner

Bakıya məcburi eniş edən təyyarə Gəncəyə yola düşdü - YENİLƏNİB

Xəbərlər 16 Fevral 2024 18:31 Oxunub 858
Bakıya məcburi eniş edən təyyarə Gəncəyə yola düşdü  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Moskva (Vnukovo hava limanı) - Gəncə reysini yerinə yetirən və əlverişsiz hava şəraiti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edən təyyarəsi saat 17:19-da Gəncəyə yola düşüb.

Bu barədə Avtosfer.az-a "Azərbaycan Hava Yolları"ndan məlumat verilib.

***

“Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-5829 nömrəli Moskva (Vnukovo hava limanı)-Gəncə reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.

Avtosfer.az AZAL-a istinadən xəbər verir ki, buna səbəb Gəncə hava limanı ətrafındakı əlverişsiz hava şəraiti (duman) olub.

Təyyarə yerli vaxtla saat 15:47-də Bakı hava limanına uğurla eniş edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh