"Baku Bus"ın sürücüsünə hücumun DETALLARI MƏLUM OLDU - VİDEO

Ötən gün "Baku Bus" sürücüsünə hücum edilib.
Avtosfer.az-ın məlumatına görə, noyabrın 28-i günorta saatlarında 13 nömrəli avtobusun sürücüsü S.Ələsgərov, taksi fəaliyyəti ilə məşğul olan N.Cəfərova yolun hərəkət hissəsində sərnişin mindirməklə hərəkətə maneə yaratdığından ona iradlarını bildirərkən N.Cəfərov tərəfindən təhqir olunaraq, döyülməsi barədə polis orqanına müraciət edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev BAKU.WS-ə bildirib ki, müraciətlə bağlı tərəflər polis orqanına dəvət olunub və izahatları alınıb.
"Hazırda məsələ ilə bağlı təhqiqat araşdırması aparılır. S.Ələsgərovun aldığı xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək", - deyə DİN rəsmisi bildirib.
BAKU.WS
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO











