“BakuBus” istifadə edənlərin NƏZƏRİNƏ: Bu sistem yenidən işə salınır - VİDEO

Görmə imkanları məhdud vətəndaşların rahatlığı üçün avtobuslarda dayanacaq adlarının səsləndirilməsinə başlanılacaq. Səsləndirilmə nəğdsiz ödəniş sistemi ilə işləyən, həmçinin müvafiq texniki imkanları olan avtobuslarda müəyyən mərhələlərlə həyata keçiriləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Qurum rəsmisi "ATV səhər"ə açıqlaması zamanı digər yeniliklərdən də danışıb:
"Görmə imkanları məhdud vətəndaşlarımızın nəqliyyatla səyahətini daha da asanlaşdırmaq üçün avtobuslarda dayanacaqların səsləndirilməsinə başlanılıb. “BakuBus” avtobusları istismara verilən zaman bu səsləndirmələr var idi. Sadəcə pandemiya zamanı ortaya çıxan bəzi məsələlələrə görə bu sistem müvəqqəti olaraq dayandırılmışdı.
O cümlədən, 25 ədəd yeni, müasir avtobuslar da gətirilmişdir. Bunların 15-i “202” nömrəli marşrut xətti üzrə buraxılıb. Bu da Biləcəri istiqamətində insanların gediş-gəlişini xeyli asanlaşdırıb.
Digər 10 avtobus isə Binəqədi rayonu və Gənclik metrostansiyası istiqamətində istismara buraxılacaq".
Ətraflı videoda:
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO
Xırdalanda açılacaq tunel bu vaxtdan istifadəyə veriləcək – Rəsmi AÇIQLAMA











