“BakuBus” sərnişinləri yarıyolda qoydu: Günahkar sürücüdür, yoxsa Cəmiyyətin rəhbərliyi? - VİDEO

“BakuBus” MMC-yə məxsus avtobusu idarə edən sürücü sərnişinlə mübahisə edib və avtobusu sürməyib.
Bu barədə “Yeni Çağ”a hadisə zamanı həmin avtobusda olmuş sərnişinlərdən biri məlumat verib və müvafiq görüntünü göndərib.
Sərnişin bildirib ki, hadisə 16.06.2023-cü il tarixində saat 16:30 radələrində Hövsan qəsəbəsi ərazisində 175 nömrəli marşrut xətti üzrə hərəkət edən, eyniləşdirmə nömrəsi 67103 olan avtobusda baş verib. Belə ki, qeyd olunan avtobus dayanacağa gec gəlib. Buna görə də, sərnişinlə sürücü arasında mübahisə yaranıb. Sərnişinlə mübahisə edən sürücü idarə etdiyi avtobusu yolun kənarında saxlayaraq sürməyəcəyini bildirib. Sərnişinlər buna etiraz etsə də, sürücü avtobusu sürməyib. Sərnişinlər həmin avtobusdan düşməyə və növbəti avtobusa minərək yollarını davam etməyə məcbur olublar.
Qeyd edək ki, 175 nömrəli avtobuslar “28 May-Hövsan qəsəbəsi” marşrutu ilə hərəkət edir. “Yeni Çağ”a daxil olan məlumata görə, bu marşrut xətti üzrə hərəkət edən avtobuslar arasında interval 12-13 dəqiqə təyin olunub. Lakin əksər vaxtlarda avtobuslar bu interval üzrə hərəkət edə bilmir. Belə ki, “BakuBus” MMC tərəfindən bu marşrut xəttinə daim nasaz avtobuslar çıxarılır. Bu da xidmət zamanı çətinliklər yaradır. Həmin avtobusların bəziləri gün ərzində ya xarab olduğu üçün qaraja qaytarılır, ya da ilkin texniki baxış keçirilmək üçün sonuncu dayanacaqda saxlanılır. Həmçinin bəzi avtobuslar yanacaq doldurmaqdan ötrü qaraja qaytarılır. Bunların əvəzinə isə xəttə əlavə avtobuslar verilmir. Nəticədə avtobuslar arasında interval uzanır, ləngimələr yaranır. Bu hal da sərnişinlər arasında haqlı narazılıq yaradır. Onlar sürücülərə irad bildirirlər ki, bu da əksər vaxtlarda mübahisələrlə nəticələnir.
Onu da bildirək ki, sürücülər bir çox hallarda özlərindən asılı olmayan, yaradılmış vəziyyətlə əlaqədar məcburiyyətdən mübahisələrə yol vermiş olsalar da, onlar cəzalandırılırlar.
16.06.2023-cü il tarixində 175 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda baş verən hadisə ilə bağlı görüntünü təqdim edirik:
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO











