Banner

Ballıcaya növbəti köç - FOTO - YENİLƏNİB

Xəbərlər 29 Aprel 2025 14:18 Oxunub 444
Ballıcaya növbəti köç - FOTO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xocalı rayonunun Ballıca kəndinə yola salınan növbəti köç karvanı artıq kəndə çatıb.

Avtosfer.az xəbər verir ki, Ballıcaya bu gün yola salınan köç karvanı 15 ailədən (68 nəfər) ibarətdir.

Bununla da Xocalı rayonunun Ballıca kəndinə 172 ailənin (811 nəfər) köçürülməsi təmin edilib.

***13:41

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xocalı rayonunun Ballıca kəndinə növbəti köç yola salınıb.

Avtosfer.az xəbər verir ki, Ballıcaya köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 15 ailə - 68 nəfər köçürülüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

 





ŞƏRH YAZ
Ad

E-mail

Şərh