Baş Kəşfiyyat İdarəsinin xakerləri iki bank saytına kiberhücum həyata keçirib

Xəbərlər 23 Sentyabr 2024 22:57 Oxunub 524
Baş Kəşfiyyat İdarəsinin xakerləri iki bank saytına kiberhücum həyata keçirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Rosselxozbank” və “Moskva Kredit Bankı” xaker hücumuna məruz qalıb. Hücumları Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) kibermütəxəssisləri həyata keçirib.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "RBC-Ukrayna"ya xüsusi xidmət orqanlarındakı mənbələr bildiriblər.

Məlumata görə, saytların işi pozulub, onlayn bank xidmətlərinə çıxış yoxdur, mobil proqramlar işləmir.

Eyni zamanda bankların texniki xidmətləri hələlik servislərin stabil fəaliyyətinin nə vaxt bərpa olunacağını təxmini müəyyən edə bilmir.

Mənbələr Rusiyanın maliyyə sisteminin son rusiyalı hərbçinin Ukrayna ərazisini tərk etməsinə qədər zərbələrə tab gətirəcəyini qeyd ediblər.

Bu yaxınlarda BKİ kibermütəxəssisləri Rusiyanın ən böyük banklarına, xüsusən də “Bank Russia”, “Tinkoff Bank”, “Gas Bank” və s. hücum ediblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh