Baş Prokurorluq videoçarx hazırlayıb - VİDEO

Baş Prokurorluğun Mətbuat xidməti növbəti dəfə maarifləndirici videoçarx hazırlayıb.
Qurumun Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icazəsiz səyahətlər mülki şəxslərin minaya düşərək həlak olmaları və ya ağır dərəcəli bədən xəsarətləri almaları ilə nəticələnir.
"İnsanların polis postlarından yayınaraq və ara yollardan istifadə etməklə işğaldan azad edilən ərazilərə daxil olması nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsinə məruz qalması riski çox yüksəkdir.
İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işi başa çatanadək icazəsiz və ya qanunsuz səfər insanların həyatı üçün təhlükəli ola bilər.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan məsələnin həssaslığı və əhəmiyyəti nəzərə alınaraq növbəti dəfə maarifləndirici videoçarx hazırlanıb", - qurumdan bildirilib.
Prezidentdən hava daşımaları ilə bağlı FƏRMAN
Prezidentdən yeni təyinatlar - SƏRƏNCAM
Metronun xətlərinin ayrılması layihəsində son vəziyyət AÇIQLANDI
Prezident təsdiqlədi: bu, daha 1 il təxirə salındı
Prezidentdən 1,6 milyon manatlıq SƏRƏNCAM
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı








