Banner

“Bayraktar”ların yaradıcılarından bayram sürprizi - VİDEO

Xəbərlər 18 İyul 2021 18:37 Oxunub 898
“Bayraktar”ların yaradıcılarından bayram sürprizi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İkinci Qarabağ savaşındakı zəfərimizdə mühüm pay sahibi olan Türkiyənin pilotsuz uçuş aparatlarının istehsal edildiyi “Baykar” müəssisəsi maraqlı paylaşıma imza atıb.

Müdafiə sənayesi kollektivinin “Twitter” səhifəsində izləyiciləri bayram sürprizinin gözlədiyi bildirilib.

“Bayram hədiyəsi yüklənir. 20 iyulu gözləyin”, - deyə paylaşımda qeyd olunub.

İlkin ehtimallara əsasən, “Bayraktar”ların yaradıcıları yeni silahlarını nümayiş etdirməklə türk-müsəlman dünyasının Qurban bayramını təbrik etməyi düşünürlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh