Banner

Bayramda istirahətdə olanların evlərini talayan şəxs saxlanılıb - VİDEO

Xəbərlər 2 Aprel 2024 13:44
Bayramda istirahətdə olanların evlərini talayan şəxs saxlanılıb  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Novruz bayramı günlərində insanların istirahətdə olmasından istifadə edərək evləri talayan şəxs saxlanılıb.

Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, paytaxtın Nizami rayonu ərazisində silsilə oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs 3 vətəndaşın mənzilindən pul, qızıl-zinət və digər dəyərli əşyaları ələ keçirib. Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisələri törədən, əvvəllər dəfələrlə məhkum olunmuş Yalçın Səfərov saxlanılıb. Onun paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Oxunub 564
FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh