Bayramda satmaq üçün Bakıya külli miqdarda narkotik gətirdi - VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisində keçirilən xüsusi əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini 1993-cü il təvəllüdlü İmamverdi İsgəndərov saxlanılıb.
Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, onun üzərindən və avtomobilindən 24 kiloqram, o cümlədən 13 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən qurudulmuş marixuana, 7 kiloqram heroin, 4 kiloqram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
İ. İsgəndərov narkotikləri tanıdığı İran vətəndaşının tapşırığı ilə Astara rayonu ərazisindən gizlədilən yerdən Bakı şəhərində bayram ərəfəsində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!











