Bədbəxt hadisə nəticəsində dünyasını dəyişən hərbçimiz DƏFN OLUNDU - FOTO - VİDEO

Ötən gün bədbəxt hadisə nəticəsində dünyasını dəyişmiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 22 yaşlı Elvin Daşdəmir oğlu Eyvazovun cənazəsi doğulduğu Xaçmaz rayonunun Köhnə Xudat kəndindəki ata evinə gətirilib.
Avtosfer.az xəbər verir ki, vida mərasimindən sonra onun cənazəsi Köhnə Xudat kənd məzarlığına gətirilib.
Mərasimdə ailə üzvləri, sakinlər, ictimaiyyət nümayəndələri, Xaçmaz icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin məsul şəxsləri, qulluq etdiyi hərbi hissənin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.
Hərbi hissənin nümayəndəsi Elvin Eyvazovun Vətən Müharibəsində Suqovuşan istiqamətində vuruşduğunu, 2022-ci ilin sentyabrında düşmən təxribatının qarşısının alınmasında və 2023-cü il sentyabr ayında son anti-terror hadisəsində iştirak etdiyini deyib.
Elvinin atası Daşdəmir Eyvazov oğlunun ölümünə üzülsə də Bizim.Media-ya onun Vətən Müharibəsində və digər əməliyyatlarda iştirak etdiyindən qürur duyduğunu söyləyib. Ata onun evə sonuncu dəfə bazar günü mayın 26-da gəldiyini söyləyib.
Elvin Eyvazov Vətən Müharibəsində igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Suqovuşanın azad olunmasında göstərdiyi xidmətə görə" medalı ilə təltif edilib.
Mərhum Elvin Eyvazov subay idi, onun bir qardaşı var.
Hərbi qulluqçu Elvin Eyvazovun ölüm faktı ilə bağlı Hərbi Prokurorluqda araşdırma başlanılıb.
Bizim.Media-nın hərbi hissə nümayəndəsindən əldə etdiyi məlumata görə, ona şəhid statusunun verilib verilməsi istintaqın sonunda məlum olacaq.
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB
Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanıldı - VİDEO
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Zəif maqnit qasırğası proqnozlaşdırılır - Günəşdə aktivlik artıb
Azərbaycanda bu taksi şirkəti bağlanır
Vəfadan maşın-pul alanı Allah görbagor etsin - Kərimov - FOTO
Prezident İlham Əliyev deputatla bağlı sərəncam verdi - FOTO














