"Bədənim bujiteriya filan götürmür" - Afət Fərmanqızı - VİDEO

Xəbərlər 14 Mart 2021 17:03 Oxunub 1996
"Bədənim bujiteriya filan götürmür" - Afət Fərmanqızı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

ARB TV-nin “Həmin Zaur” verilişinin növbəti qonağı müğənni Afət Fərmanqızı olub.

Müğənni keçmiş həyat yoldaşından danışdı:
“Yaxşı həyat yoldaşını kim istəmir ki? Ağlı başında olan hər bir xanım həyat yoldaşı istəyər. Onun 20, mənim isə 16 yaşım var idi. Bizim evlənmə yaşımız da deyildi. Həyatı başa düşmürdük. Qonşu kənddən idi. Onun həmin vaxtı çox pulu var idi. Evləndik, o pulu mənə qıymadı. And olsun ki, mənə bir köynək belə almırdı.

20 ildən sonra dərdim açıldı. Onda bir diplomat pul görmüşəm. Rusiyada işləyirdi. O pulu dostları ilə yedi, xərclədi. Düşündüm ki, mənə qıymırsa, bizdə tutmaz. 2 il ailəli olduq. Ər çörəyi yeməmişəm. Oğlumun xətrinə dəyməsin. Kişi sağdır, evlidir. Dostuq. Bir qızı, bir oğlu var. Gedib-gəlirəm. Eks baldızlarımla gediş-gəlişimiz var, mehribanıq. Evinə dava düşməsin, oğlumun atasıdır. Vacib işim olanda zəng edirəm. Heç vaxt pul istəməmişəm”.

Daha sonra ifaçı efirə taxdığı brilliantlardan da danışıb:
“Hamısı brilliantdır. Bədənim bujiteriya filan götürmür. 20 ildir oxuyuram, çoxu hədiyyədir. Sevənim də hədiyyə verə bilər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh