BƏƏ-də fəlakət: Onlarla avtomobil sel altında qalıb - VİDEO
Xəbərlər
28 İyul 2022 11:49
Oxunub 1060

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras Əl Xayma və Füceyrə əmirliklərində leysan yağışlar nəticəsində yaranan daşqınlarda onlarla avtomobil köməksiz qalıb. Bir çox küçələri su basıb.
Seldə ölən və yaralananların olmadığı bildirilir. Xilasetmə qrupları seldə qalanlara kömək etmək üçün səfərbər ediliblər.
BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubay əmiri Şeyx Məhəmməd Bin Rəşid Əl Maktum Daxili İşlər Nazirliyinə daşqından zərər çəkmiş ərazilərə təcili yardım qruplarının göndərilməsi ilə bağlı təlimat verib.
oxu.az
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













