Belqorod aeroportuna PUA-larla hücum - İşçilər təxliyə edildi
Xəbərlər
24 Avqust 2024 17:26
Oxunub 738

Rusiyanın Belqorod vilayətinin hava limanına pilotsuz uçuş aparatları ilə hücum edilib.
Avtosfer.az xəbər verir ki, bu haqda Rusiya mediası məlumat yayıb.
Qeyd olunub ki, komanda və idarəetmə mərkəzinin binasında partlayış baş verib.
Məlumata görə, hava limanının əməkdaşları təxliyə edilib, təhlükəsizlik orqanlarının bomba mütəxəssisləri hadisə yerinə cəlb olunub.
Qeyd edək ki, sözügedən aeroport bir müddət öncə mövcud vəziyyətlə əlaqədar sərnişinlərin istifadəsinə bağlanıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













