Belqorodda əlində “qumbara” olan şəxs nəqliyyatı iflic etdi - VİDEO
Xəbərlər
3 Noyabr 2022 14:29
Oxunub 816

Rusiyanın Belqorod vilayətində maraqlı hadisə yaşanıb.
Belə ki, əlində qumbara olan şəxs şəhərin mərkəzində nəqliyyatın hərəkətini bir saat iflic vəziyyətində saxlayıb.
Lakin sonradan qumbaranın alışqan olduğu məlum olub. Yoldan keçən bir sərxoş əylənmək istəyib və əlindəki qumbara formasında olan alışqanın guya halqasını çəkərək tanımadığı kişinin əlinə verib.
Kişi qumbaranın həqiqi olduğuna inanıb və mütəxəssislər gələnə qədər bir saat ərzində əlində möhkəm saxlayıb.
Hadisə yerinə istehkamçılar gəliblər və nəticədə qumbaranın alışqan olduğu məlum olub. Bundan sonra təhlükəsizlik məqsədilə bağlanan yollar açılıb.
oxu.az
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













