Benzema Makrona “yox” dedi - Təyyarəsinə MİNMƏYƏCƏK
Xəbərlər
18 Dekabr 2022 13:00
Oxunub 1810

Fransa millisinin hücumçu Kərim Benzema Fransa prezidenti Emmanuel Makronun Qətərdə keçirilən futbol üzrə dünya çempionatının finalında birlikdə iştirak etmək təklifindən imtina edib.
Bizim.Media xəbər verir ki, bu barədə "ESPN" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, zədə səbəbindən turniri buraxan hücumçu prezident təyyarəsində tamaşaçı kimi Qətərə gedə bilərdi, lakin bu dəvəti qəbul etməyib.
Qeyd olunub ki, K.Benzema hələ də komandanı dəstəkləyir və Argentina ilə mübarizədə onun titul qazanmasını istəyir.
Xatırladaq ki, 34 yaşlı hücumçu noyabrın 20-də məşq zamanı bud nahiyəsindən zədə alıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













