Bəraət alan Aydın 1 milyon manat istəmişdi - Bu qədər veriləcək - VİDEO

İki nəfərin qətlinə görə ömürlük məhkum edilərək 9 il sonra bəraət alan Aydın Qəhrəmanovun təzminat tələbinə baxılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsi iddianı qismən təmin edib.
Qəhrəmanov həbsdə keçirdiyi 9 ilin maddi və mənəvi ziyanı üçün 1 milyon manat tələb edib. İddiaya cavabdeh kimi Maliyyə Nazirliyi və Baş Prokurorluq tanınıb. Hakim Əfsanə Heydərova iddiaçı və cavabdeh tərəflərin çıxışlarını dinlədikdən sonra qərarı elan edib.
Qərara əsasən, Aydın Qəhrəmanova mənəvi ziyana görə 114 min manat təzminat kəsilib. Maddi ziyanla bağlı tələb isə rədd edilib.
İddiaçı qərardan narazı qalıb.
Qeyd edək ki, Aydın Qəhrəmanov birlikdə yaşadığı qadını və onun qardaşı qızını öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilib.
9 il sonra-2022-ci ilin sonunda Bakı Apellyasiya Məhkəməsi Qəhrəmanova bəraət verib.
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











