Bərdə Olimpiya İdman Kompleksi ermənilərin atəşi nəticəsində tam yararsız hala düşdü - FOTO

Ermənistanın raket zərbələri Bərdə Olimpiya İdman Kompleksini yararsız hala salıb.
Bərdə şəhərinə növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən endirilən raket zərbəsindən sonra bir çox mülki obyektlərlə yanaşı, Bərdə Olimpiya İdman Kompleksinə dəyən ziyan nəticəsində, kompleks tamamilə yararsız hala düşüb. 3,8 hektar ərazini əhatə edən Bərdə Olimpiya İdman Kompleksinin hər iki binasının infrastrukturu sıradan çıxıb.
Bərdə Olimpiya İdman Kompleksinin direktoru Qabil Məmmədovun Avtosafer.az - a verdiyi məlumata görə, xoşbəxtlikdən işçilər arasında zərərçəkən yoxdur. Ancaq, ilkin hesablamalara əsasən, kompleksə yüz minlərlə manat dəyərində ziyan dəyib.
Qeyd edək ki, yüksək səviyyəli müxtəlif yarışların keçirilməsi üçün nəzərdə tutulan, beynəlxalq standartlara cavab verən kompleks 2003-cü il oktyabrın 7-də istifadəyə verilib.
Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi








