Berdiməhəmmədovun prezidentliyə namizəd oğlu səsverməyə "07" ilə gəldi – VİDEO
Xəbərlər
14 Mart 2022 14:29
Oxunub 968

Türkmənistanda prezident seçkiləri başa çatıb. Prezidentin oğlu və hakim Demokrat Partiyasının namizədi Sərdar Berdiməhəmmədov paytaxtdakı 68 saylı orta məktəbdə səs verib.
Avtosfer.az xəbər verir ki, S. Berdiməhəmmədov ailəsi ilə birgə özünün idarə etdiyi "VAZ 2107" markalı avtomobillə seçki məntəqəsinə gəlib.
Hazırki prezident Qurbanqulu Berdiməhəmmədov də öz prezident namizədinə eyni seçki məntəqəsində səs verib. O, səsverməyə əlil arabasında olan 85 yaşlı anası ilə birgə gəlib.
Həmin kadrları təqdim edirik:
Qeyd edək ki, Türkmənistanda keçirilən prezident seçkilərinin nəticələri bu gün açıqlanacaq.
Yeniavaz.com
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













