Banner

Bəsti Bağırova küçəsinin təmir işlərİ kimə görə gecikir? - VİDEOREPORTAJ

Gündəm 17 Fevral 2022 11:39 Oxunub 5810
Bəsti Bağırova küçəsinin təmir işlərİ kimə görə gecikir? - VİDEOREPORTAJ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Statistika dairəsindən üzü OMD-yə yəni, Elmi-Tədqiqat Pediatriya İnstitutuna düşən kücədə düz 6 aydır ki, yol təmiri işləri gedir. Bəsti Bagırova adlanan bu küçə ilə baglı iki həftə öncə cəkiliş etmişdik. Vətəndaşların kücənin daraldılması və sürücülərin yolda yaranan tixacla baglı, xüsusilə Elmi-Tədqiqat Pediatriya İnstitutununa uz tutanların körpələri bura gətirərkən rastlaşdıqları cətin vəziyyəti sizin  nəzərinizə catdırmışdıq. 

Amma indi vəziyyət daha da acınacaglı hal alıb. Bəlkə də gülməli? Piyada kecidinin cəkilişi vaxtın bu gördüyünüz hündür mərtəbəli binanın sakinlərinin istifadə etdiyi yeraltıaftoqaraja gedən yol unudulub. Sakinlər aftomobillərini dayanacağa keçirərkən hündür bardürün üstündən keçmək zorunda qalırlar və hər dəfə maşınlara ziyan dəyir.

Biz bu reportajı apardıgımız gün vəziyyət gördüyünüz kimi idi və məsələni BNA-nın Mətbuat katibi Mais Ağayevin diqqətinə çatdırdıq.

Növbəti gün çəkilişimizi davam etdirərkən sakinlərin dayanacaq problemi operativ şəkildə həllini tapmışdı.

Amma ərazidə davam edən yol tikintisindəki problemlər bitmək bilmir. Daha ciddi problemdən biri də məişət tullantıları üçün müəyyən edilən yerdir.

Görünən odur ki, Bəsti Bağırova küçəsinin dalana dirənən təmir işinə ən yüksək səviyyədə kimlərinsə qatışmasına ehtiyac var. Yoxsa qısa məsafəli bu küçə də klassik təmir təcrübəmizin dırnaqarası gözəlilliklərindən xali olmayacaq. 

Ərazidən hazırlanan geniş videomaterialı diqqətinizə təqdim edirik: (Bizim Media)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh