Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Xəbərlər 14 Noyabr 2024 10:37 Oxunub 96
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bununla bağlı Avtosfer.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Noyabrın 14-ü saat 9:00-a olan məlumatına əsasən, bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2 mm, Astarada 28 mm, Lənkəranda 10 mm, Lerikdə 7 mm, Qəbələdə 6 mm, Şamaxıda 5 mm, Şəki, Oğuz, Quba, Neftçala, Göygöl, Daşkəsən, Şərur, Ağsu, İsmayıllı, Şabran, Zaqatala, Balakən, Qobustan, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Yardımlı, Biləsuvarda 2 mm olub.

Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Şəmkir, Balakən, Qax, Şəki, Şamaxı, Qobustan, Xaltan, Şərur, Göyçay, Naxçıvan, Gəncə, Biləsuvar, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8 , Naxçıvan MR-də 4 , Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 3 , yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta qeydə alınıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh